Bu yollarda sürət həddi endirildi

>

Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralı – Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saat endirilib.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hazırda Rəşid Behbudov küçəsi istisna olmaqla, paytaxtın digər küçə və prospektlərində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728