Bakıda yumurtanın qiyməti kəskin şəkildə bahalaşıb.
Həftənin əvvəlində etibarən Bakı mağaza və marketlər şəbəkələrində toyuq yumurtasının qiymətlərində artım müşahidə olunub. Əvvəllər 9 qəpiyə satılan yumurtanın qiyməti marketlərdə hətta 13-14 qəpiyə satılır.
Bununla əlaqədar olaraq, Bakını iri marketlər şəbəkələrində sorğu apardıq. Sorğu zamanı“Bizim” marketdə yumurtanın qiyməti 12 qəpik, “Neptun” marketdə 13 qəpik, “Araz” marketə 12, “Oba” marketdə isə 12-14 qəpiyə satıldığını bildirdilər.
Satıcılar bunun səbəbini topdansatış qiymətlərinin artması ilə əlaqələndirir.(AzNews.az)




