Kreditlə telefon alanlara bəd xəbər -VİDEO

Kreditlə telefon alanlara bəd xəbər

Kreditlərin gecikdirilməsinə görə telefondan istifadə məhdudlaşdırılır.

Bunu da oxuyun

Bununla bağlı bəzi vətəndaşlar qəribə vəziyyətlə üzləşiblər.

Paytaxtda fəaliyyət göstərən mobil telefon mağazalarının satıcıları deyirlər ki, bəzi satış məntəqələri imey-kodların qeydiyyat sisteminin “girov” moduluna qoşulublar. Satış həyata keçirən böyük mağazalarin tələbi ilə telefon şəbəkədən ayrılır. Bununla da telefondan istifadə mümkünsüz olur.

Ekspertlər deyir ki, telefon vətəndaşın mülkiyyəti hesab edilir. Hər bir vətəndaş da mülkiyyətində olan əmlakından istifadə etməkdə sərbəstdir.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, əgər vətəndaş krediti ödəməkdə çətinlik çəkirsə, mağazalar onları məhəkəməyə verə bilər.

Əgər hansısa müştərinin telefonuna analoji məhdudiyyət tətbiq edilibsə, o zaman vətəndaşın da məhkəməyə müraciət etmək hüququ var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:(Xezerxeber.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728