
Pəncənin alt hissəsində olan bağlarda bəzi mənfi fakrorların təsirindən çox asanlıqla kiçik yırtıqlar əmələ gələ bilər. Adətən belə mikroyırtıqlar özü özündən bitişir. Lakin bəzən bu baş vermir və bu yerdə və ətraf toxumalarda iltihab yaranır. Daban sümüyü bu iltihaba cavab olaraq böyüməyə başlayır, sümükdə iti çıxıntı əmələ gəlir. Bu çıxıntıya “daban mahmızı” deyilir. Daban mahmızı həm bir, həm də hər iki pəncədə əmələ gələ bilər.
Bu kifayət qədər yayılmış pozulmadır. Adətən daban mahmızı 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.
Tibbdə bu pozulmanın səbəbləri məlum deyil. Lakin mütəxəssislər bu pozulmanın bəzi risk faktorlarını ayırd edirlər:
– yastıpəncəlik,
– artıq çəki,
– podaqra,
– ayaq oynaqların xəstəlikləri və iltihabları (artroz, osteoartroz, artrit və s.)
– travmalar (xüsusilə daban sümüyü travmaları),
– maddələr mübadiləsi pozulmaları,
– ayaqlarda qan dövranı pozulmaları ilə müşayiət olunan xəstəliklər (şəkərli diabet və s.),
– həddən artıq yükləmələr (adətən idmançılarda),
– bəzi onurğa xəstəlikləri.
Daban mahmızının əsas simptomu hərəkər və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılar. Belə ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir (bunlara “start ağrılar” deyilir).
Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur.
Daban mahmızına şübhə yarandıqda ortoped (və ya ortoped-cərrah) həkiminə müraciət etmək lazımdır. Bunu simptomlar əmələ gəldikdən dərhal sonra etmək lazımdır. İlkin mərhələlərdə xəstəlik daha asan müalicə olunur.
Çox nadir hallarda daban mahmızı zamanı cərrahi müalicə tətbiq oluna bilər.



