Türkiyənin CHP müxalifət partiyası paytaxt Ankaradan İstanbula doğru etiraz “Ədalət yürüşü”nə başlayıb.
Etiraz aksiyası “Hürriyet” qəzetinin keçmiş baş redaktoru Enir Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar keçirilir. Yürüşdə Cumhurriyet Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu, millət vəkilləri və partiyaya üzv yüzlərlə insan iştirak edir.
Yürüş iştirakçıları 28 gün ərzində 18 km məsafə qət edərək İstabula çatmalıdırlar.
Aksiyada iştirak edənlər “Artıq yetər!” “Azadlıq, demokratiya istəyirik” kimi şüarlar səsləndiriblər.(AzNews.az)




