“Real”ın və İspaniya millisinin sabiq üzvü Azərbaycan klubunda

Bunu da oxuyun

"Real"ın və İspaniya millisinin sabiq üzvü Azərbaycan klubunda

“Qəbələ” mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb. Elchi.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb. Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner bu gün Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulacaq.

Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. “Pizarrales” (1999-2002), “Salamanka” (2002-2005), “Real” Madrid (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728