"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının son müharibə hazırlıqları – ordu poliqonlara yeridilir 

17 İyun 2017 - 09:29
in aktual-banner, Banner, Cebhe-banner

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İşğalçıya savaş xəbərdarlığı: “Düşmən bilməlidir ki…”; Azərbaycan döyüş şəraitinə yaxınlaşdırılmış hərbi təlimləri intensivləşdirir; Naxçıvandan və Çocuq- Mərcanlıdan İrəvana verilən ismarışların açması; Metyu Brayza: “Ermənistan işğalçıdır və Azərbaycan torpaqlarını tərk etməlidir…”

Naxçıvanda Azərbaycan və Türkiyənin ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində ortaq taktiki hərbi təlimlər başa çatıb. 5 min hərbçinin qatıldığı və maksimum döyüş şəraitlinə yaxınlaşdırılmış budəfəki təlimlər son bir ayda iki qardaş ölkə arasında ikinci böyük hərbi manevrlər idi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov son vaxtlar intensivləşən belə hərbi manevrləri yüksək qiymətləndirib.

“Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür”, – deyə nazir birgə təlimlərdən danışarkən vurğulayıb. O, hərbi təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdikləri üçün Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edib. “Ölkədə ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb”, – deyə hərb nazirimiz işğalçı tərəfə aydın bir ismarış göndərib.

***

Maraqlıdır ki, Naxçıvanda iki qardaş ölkə silahlı qüvvələrinin ortaq təlimi başa çatsa da, bir neçə gündən sonra ordumuz növbəti iri təlimə start verəcək. Belə ki, Azərbaycan prezidentinin təsdiq etdiyi plana əsasən, iyunun 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə 5 günlük genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər iyunun 24-dək davam edəcək.

Yada salaq ki, bundan bir qədər öncə Gürcüstanda üç ölkənin – Azərbaycan, Türkiyə və Gürcüstanın, daha öncə – may ayında isə yenə Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin ortaq hərbi təlimləri keçirilmişdi. Həmçinin, NATO proqramı çərçivəsində Azərbaycan ayrıca tabor təlimləri keçirib. Diqqətçəkicidir ki, bu təlimlərin hamısı yalnız son iki ayda – arada qısa zaman fasilələri ilə reallaşıb.

***

May-iyun aylarında intensivləşən hərbi təlimlər əslində son müharibə hazırlıqları kimi də dəyərləndirilə bilər. Qarabağ danışıqlarının dalana dirəndiyi bir vaxtda bu, Azərbaycan üçün xüsusilə böyük önəm daşıyır. Çünki danışıqlarda güc amili indi heç vaxt olmadığı qədər önəm kəsb edir. Bu mənada ordumuzun intensivləşən hərbi təlimləri işğalçı tərəfə ciddi xəbərdarlıq mesajıdır.

İşğalçıya və onun havadarlarına başqa bir mühüm mesaj kimi bu günlərdə prezident İlham Əliyevin təzəcə bərpa edilən Çocuq-Mərcanlı kəndinə baş çəkməsini qeyd eləmək olar. Kəndə qayıdış və orada aparılan tikinti işləri sözsüz ki, ordumuzun ötən ilin aprelindəki hərbi uğuru sayəsində mümkün olub. Ölkə başçısının “Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq” sözləri isə bu xüsusda ikiqat önəm daşıyır və düşmənə bir ismarışdır ki, ərazilər sülh yolu ilə azad olunmasa, güc variantına əl atılacaq.

Bu mesaj əlbəttə ki, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinə ünvanlanıb. Prezidentin Çocuq-Mərcanlıya şəxsən baş çəkməsi həmçinin, o anlamına gəlir ki, əgər nizamlama prosesi uğurlu getsə, başqa kəndlərin əhalisi, eləcə də ermənilər öz yurd yerlərinə qayıda, Azərbaycan dövləti öz gücünə Dağlıq Qarabağ da daxil, münaqişə zonasındakı yaşayış məntəqələrini, infrastrukturu tam bərpa edə, ermənilər də daxil, bütün vətəndaşlarımızın rifahını təmin edə bilər. Dünyaya, vasitəçi dövlətlərə bundan güclü, bundan yaxşı mesaj?

Image result for Həmsədrlər musavat.com

Təəssüf ki, həmsədrlər hələ də situasiyanın kərtikliyinin fərqində deyillər. Əks halda, onların təzəcə başa çatan İrəvan və Xankəndinə səfərinin hansısa pozitiv nəticəsi olardı.

***

Bu arada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanın Dağlıq Qarabağa dair danışıqların gedişi ilə bağlı verdiyi şərh sülh prosesinə ümidsizliyi daha da artırıb. Hərçənd, Brayzaya görə, münaqişənin həllində 25 ildir irəliləyiş olmadığı barədə səslənən fikirlər doğru deyil.

Image result for Metyu Brayza

Bunu o, Bakıda “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. “Dağlıq Qarabağ konflikti regionun iqtisadi inkişafı və təhlükəsizliyi yolunda əsas maneədir. Ermənistan Azərbaycan ərazilərini işğal edib. O, bu əraziləri azad eləməli və Azərbaycanla ümumi dil tapmalıdır” – Brayza qeyd edib.

Keçmiş diplomatın sözlərinə görə, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanıb və razılaşdırılıb. “Bu, yeganə işlək sənəddir və münaqişənin həllində fundamental balans yaradır. Problem odur ki prezidentlər bir-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”, – deyə Brayza əlavə edib.

Amerikalı sabiq diplomatın açıqlaması belə bir qənaəti bir daha möhkəmlədir ki, Qarabağa dair sülh anlaşması yaxında deyil. Deməli, müharibə, güc amili önə keçir. Deməli, Azərbaycanın müharibə hazırlıqlarını artırması, ordusunun döyüş qabiliyyətini gücləndirməsinə xüsusi önəm verməsi tamamilə yerinə düşür.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yağış yağacaq – Bu günün havası

Next Post

N.Tusi adına klinika təqdim edir – İnsultdan sonra reabilitasiya

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

N.Tusi adına klinika təqdim edir - İnsultdan sonra reabilitasiya

Putin: “ABŞ Türkiyədə qiyam olacağını öncədən bilirdi”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.