“Vaqif müəllimin vəziyyəti ortadır. Müalicəsi davam edir. Ancaq yay fəsli ilə əlaqədar iynələrin vurulması
saxlanıb. İstilər qurtarsın, yenə davam edəcək. İndi bağdayıq, dincəlir”.
saxlanıb. İstilər qurtarsın, yenə davam edəcək. İndi bağdayıq, dincəlir”.Bu sözləri Axar.az-a xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova deyib.
Şairin həyat yoldaşının sözlərinə görə, V.Səmədoğlunun İsrailə yenidən müalicəyə aparılması planı yoxdur.
N.Vəkilova bildirib ki, V.Səmədoğlu arabir internetə daxil olur, şeirlərini paylaşır: “Bir-iki gün qabaq bir şeirini Feysbukda yaymışdı”.
Şairin paylaşdığı son şeiri təqdim edirik:
O gün
bir insan öldürmədi başqasını,
kəsildi müharibələrin səsi,
bir əclaf əli qalxmadı qadına.
Yaman sərxoş idim o gün…
O gün
yaşımı da, azarımı da unudub,
sarıldın 22 illik bədəninlə mənə,
gözlərini yumub, azacıq araladın dodaqlarını.
Yaman sərxoş idim o gün…



