"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elçibəyi Kələkiyə gedəndən sonra ilk ziyarət edən kim olub?

20 İyun 2017 - 07:55
in XƏBƏR LENTİ
Oqtay Qasımov: “İmkanı olan, ürəyi istəyən insanlar gələ bildilər”

Eks-prezident Əbülfəz Elçibəyin 1993-cü il iyunun 17-də Bakını tərk edib doğulduğu Kələkiyə getməsinin hər ildönümündə müxtəlif səpkili müzakirələr meydana çıxır.

Maraqlıdır, bəs Elçibəy Kələkiyə getdikdən sonra onu ilk ziyarət edən hansi silahdaşı olub? Ümumiyyətlə, onun Kələkidə olduğu 4 il 4 ay ərzində silahdaşlarından kimlərin onun yanına gedib?

Ə.Elçibəyin köməkçisi olmuş, Kələkidə olduğu müddətdə bir an onu tək buraxmamış Oqtay Qasımov 24 ildən sonra “Yeni Müsavat”a açıqlamasında bəzi həqiqətləri açdı: “Bəy Kələkiyə getdikdən sonra təbii ki, kəndə çoxsaylı insanlar səfərlər edirdilər. Onların sırasında dövlət vəzifələrində çalışanlar, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər var idi. Nümunə olaraq deyə bilərəm ki, ilk dövrlərdə Kələkiyə səfər edənlərin arasında prezidentin müşaviri Cəmil Həsənli, mətbuat xidmətinin rəhbəri Arif Əliyev, xarici işlər naziri Tofiq Qasımov, Milli Məclisin Bakıdan göndərdiyi komissiya və ziyalılardan ibarət bir qrup səfər etmişdi. Bu qrupun içərisində Eldar Salayev, Kamal Abdulla və digərləri var idi. Gəlib-gedən insanlar olduqca çox idi.

Image result for Oqtay qasımov

İyunun 26-dan sonra dövlət katibi vəzifəsindən istefa verən Əli Kərimli də səfər etmişdi. Bir müddət Kələkidə qalanlar da olub. O zamankı səfərləri cəsarət məsələsi kimi qələmə verməyək. İmkanı olan, ürəyi istəyən insanlar gələ bildilər, Əbülfəz Elçibəylə görüşdülər. Gələnlərə bu cür yanaşaq ki, o zaman Əbülfəz Elçibəy ölkənin rəhbəri idi və öz kəndinə, ata yurduna getmişdi. O kəndə gələn hər bir insan artıq onun qonağı idi. Adətlərimizə görə qonağa hörmət ən vacib elementlərdən biridir. Ona görə hər bir qonağa diqqət göstərilir, onlar qəbul olunurdu. O insanların təbii ki, proseslərə və Elçibəyə münasibətləri baxımından hər birinə də münasibət fərqli idi. Gələn insanlara xüsusi ayrı-seçkilik olmasa da, amma təbii ki, həmfikirdə, fəaliyyətdə daha yaxın insanlara daha üstün, daha fərqli münasibət var idi və bu da olurdu”.

Image result for Elçibəy kələkiyə

O.Qasımov Elçibəyin ziyarətinə gedənlərə o zamanlar maneələrin yaradıldığından da söz açdı: “Bir faktı deyim ki, orada olduğumuz 4 il 4 ay 12 gün ərzində Kələkidə informasiya blokadamız olmayıb. Həm telefon vasitəsilə, həm də Bakı və dünyanın müxtəlif yerləri ilə əlaqə saxlamaq imkanlarımız var idi. Mətbuatı bir az gecikmə ilə olsa da ala bilirdik, radio məlumatlarımız olurdu. Gəlib-gedənlərə müəyyən əngəllər törədilirdi. O zaman mətbuatda bununla bağlı xeyli məlumatlar gedib. Naxçıvan hava limanından başlayaraq, Kələkiyə qədər çox müxtəlif yerlədə polis postları qurulmuşdu. Ordubada və oradan kəndə gələn insanlar yoxlamalardan keçirdi. Bəzən də ya hava limanında, ya da yoldakı polis postlarından Kələkiyə gələnlər geri qaytarılırdı. O zamanlar Kələkiyə gedib-gəlmək elə də asan məsələ deyildi. Bununla belə xarici ölkələrdən də gələnlər var idi. Xüsusi olaraq, Türkiyə səfirliyinin, konsulluğunun nümayəndələrini, Türkiyə xarici işlər nazirinin müavini göstərə bilərəm. Türkiyə Böyük Millət Məclisinin deputatları qrup halında gəliblər. O cümlədən, Amerikanın Bakıdakı səfirinin müavini, beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərinin təmsilçiləri Kələkidə olublar. Onların Əbülfəz bəylə görüşləri baş tutub”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Magistraturaya ixtisas seçimi bu gün başa çatır

Next Post

Koreyanın azad etdiyi amerikalı tələbə öldü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Koreyanın azad etdiyi amerikalı tələbə öldü

Tağı Əhmədova yeni vəzifə verilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.