Türkiyənin İranla sərhəd bölgəsində baş verən partlayış nəticəsində 2 azərbaycanlı yaralanıb.
Hadisə 35 yaşlı Razi Aslanovun minanı əlinə alan zaman baş verib. Digər yaralanan şəxs 38 yaşlı Ruslan Abışovdur.
Hər iki şəxs bölgədə minatəmizləmə işləri ilə məşğul imişlər. Yaralılar İqdır dövlət xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti stabildir.(AzNews.az)




