Anası tərəfindən zəhərlənən 5 yaşlı uşağın ölümünün təfərrüatları: “Atası fermada…”

>

Qusarda anası tərəfindən zəhərlənən 5 yaşı uşağın ölümünün bəzi təfərrüatları məlum olub.

Bunu da oxuyun

Hil kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Gülnarə Saypullayeva ailəsi ilə bərabər fermada işləyirmiş:

“Onlar ər-arvad başqa-başqa kəndin sakinlərdir. Ailə qurub bu fermada işləyirdilər. Luiza onların yeganə övladıdır. Çox kasıb bir ailədir. May ayında bu fermaya işə girib, birtəhər dolanırdılar. Hadisəni eşidib hamı dəhşətə gəlib. Düzdür, Gülnarəni polis orqanları aparıb. Amma hələ tam təsdqilənməyib ki, o qızını öldürüb ya yox. Luizanın heç bir xəstəliyi olmayıb. Ancaq hadisə olandan sonra Luizanın atası da fermadan çıxıb öz kədinə gedib.”

Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi isə Luiza Saypullayevanın xəstəxanaya gətirilərkən, yolda keçindiyini vurğulayıb: “Xəstəxanaya çatanda uşaq ölmüşdü. Biz uşağın ölümünün səbəbini bilmirik, onu Məhkəmə Tibbi Ekspertiza araşdırır. Amma hadisə iyunun 14-də baş verib.

Qusar rayonunda azyaşlı qətlə yetirilib. Rayonun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızını zəhərləyərək öldürüb. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728