Avtobus sürücüsünə hökm oxundu – 8 il həbs

>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bunu da oxuyun

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Əsədov ötən il yanvarın 28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq, “İkarus-256” markalı, 90-RS-434 dövlət qeydiyyat nişanlı avtobusla Badamdar şosesində hərəkətdə olarkən piyada İsrafil Xankişiyevi vurub və onun üstündən keçib. A. Əsədov xəsarət alana yardım göstərmədən piyadanı vurduqdan hadisə yerini tərk edib. İ. Xankişiyev hadisə yerində dünyasını dəyişib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728