ABŞ prezidenti Barak Obama Əfqanıstanda prezidentliyə iki namizədə deyib ki, ölkədə yeni hökumətin
formalaşdırılması üçün mümkün qədər tez hakimiyyət bölgüsü sazişinin tamamlanması vacibdir. Bu barədə Ağ Ev bəyanat yayıb. Obama namizədlərlə sentyabrın 6-da danışıb.
formalaşdırılması üçün mümkün qədər tez hakimiyyət bölgüsü sazişinin tamamlanması vacibdir. Bu barədə Ağ Ev bəyanat yayıb. Obama namizədlərlə sentyabrın 6-da danışıb.Yekun razılaşma Əfqanıstana beynəlxalq dəstəyi gücləndirər və ölkəni sabitləşdirər.
Apreldə keçirilmiş seçkinin birinci raundunu keçmiş xarici işlər naziri Abdullah Abdullah, iyunda keçirilən ikinci raundu isə keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmadzay udub. Hər ikisi nəticələrin saxtalaşdırıldığını bildirir.
Namizədlər hakimiyyətin bölüşdürülməsi razılaşması əldə etməyə çalışırlar.



