Aprel döyüşlərinin ŞƏHİDİ məhkəməyə çağırıldı- Banka borcu var

>

Aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadə məhkəməyə verilib.

Bunu da oxuyun

Bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib. Onun sözlərinə görə, buna səbəb aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadənin hələ sağlığında fəaliyyətdə olan “Para Bank”dan kreditə pul götürməsidir:

“Yaşadıqları evi itirməklə üz-üzədirlər. Ən dəhşətlisi isə sizin Xətai rayon məhkəməsində qaldırdığınız iddia əsasında aprel şəhidinin cavabdeh qismində məhkəməyə çağırılmasıdır. Doğurdanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin aprel şəhidlərini tanınmasına ramən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırır “PARA” BOKT ASC? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”

Qənirə Paşayeva hazırda ən ağır günlərdən birini yaşadığını vurğulayıb: “Çünki şəhid anasnını 1 saata yaxındır ki, dayanmadan axan gözyaşları dayandırmaq üçün çarələr axtarırıq. Və axan hər damla üçün utanırıq. O gözyaşlarını dayandırmaq sizin əlinizdədir. Və ümid edirəm ki, siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidmiz milyonlarla pulla alına bilməyəcək qədər böyük fədakarlıq edib. Canını qurban edib. Mənim, onun, sizin üçün…”(AzNews.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728