
ABŞ prezidenti Donald Tramp Ağ Evdə 21 illik ənənəni yerinə yetirməkdən imtina edib.
Ramazan bayramı ilə əlaqədar 1996-cı ildən bəri davam etdirilən Ağ Evin iftar ənənəsi bu il gerçəkləşdirilməyib. Onun bu davranışı dini ayrıseçkilik hesab edilib və ölkədə heç də müsbət qarşılanmayıb.
Qeyd edək ki, Ağ Evdə iftar mərasimini ilk dəfə 1996-cı ildə Hillari Klinton reallaşdırıb və bu fəaliyyət növbəti illərdən ənənə halına düşüb.(qaynar)



