Xarici turlar bahalaşıb- Rəsmi

>

Bunu da oxuyun

Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.

Elchi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Rəsmi statistikaya əsasən cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkə daxili turların qiymətləri 296,71 manat təşkil edib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728