Təcili tibbi yardım maşını qəzaya düşdü – Yaralananlar var

>

Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bunu da oxuyun

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə “VAZ-2110” markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, “KİA” markalı avtomobilin sürücüsü M.İsmayılov və “VAZ-2110” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728