Bakıda çempion qızın ölüm anı (VİDEO 18+)

Bakıda çempion qızın ölüm anı

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölümünü əks etdirən video yayılıb.

Bunu da oxuyun

Hadisə şahidinin missiya.az-a göndərdiyi videoda Reyhan Məmmədova iti ilə yolu keçərkən sürətlə gələn avtomobil tərəfindən vurulur.

Sürücü bir neçə dəqiqə şok vəziyyətində avtomobildə oturub. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlib. Hadisə dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında piyada keçidinin üzərində baş verib. Video ərazidə yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Əlifağa Məmmədov idarə etdiyi “BMW” markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, yolda piyada keçidinin olmasına aid nişan keçidə çox yaxın qoyulduğu üçün burada tez-tez qəzalar baş verir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728