Azərbaycanın nazirləri qonaqlıqda (VİDEO)

Azərbaycanın nazirləri qonaqlıqda

 Məşhur italiyalı iş adamı, “Formula-1”də “Renault” şöbəsinin keçmiş rəhbəri Flavio Briatore “Twitter” mikrobloqunda Bakıda “Formula-1” qonaqları üçün təşkil edilmiş rəsmi qəbuldan video paylaşıb.

Bunu da oxuyun

Elchi.az virtualaz.org-a istinadən xəbər verir ki, videogörüntülərə əsasən demək olar qəbul Bakının dəbdəbəli restoranlarından birində təşkil edilib. Xarici qonaqlardan savayı, burada azərbaycanlı nazirlər də iştirak edib.

Məsələn, masa arxasında oturmuş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Formula-1”in keçmiş başçısı Berni Ekklstounla və digər qonaqlarla nəyisə aktiv şəkildə müzakirə edir.

Qonşu masanın arxasında isə xarici işlər naziri Elmar Məmmədyarov əyləşib.

Zalda isə canlı musiqi çalınır və italyanca mahnı oxunur.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728