Qətərə 48 saat vaxt verildi – ŞƏRTLƏR

Bunu da oxuyun

>

Səudiyyə Ərəbistanı və 3 ərəb ölkəsi Qətər qarşısında qoyulan tələblərin yerinə yetirilməsi üçün bu ölkəyə 48 saat vaxt verib.

Elchi.az AzNews.az-a istinadən xəbər verir ki, ərəb ölkələri qrupu Qətər qarşısında 13 tələb qoyub.

Tələblərin ümumi məğzi bunlardır.

1. İranla bütün diplomatik əlaqələr dayandırılmalıdır.

2. Türkiyənin hərbi bazası bağlanmalıdır.

3. “Müsəlman Qardaşları”, “İŞİD”, “əl-Qaidə”, “Nüsrə Cəbhəsi”, “Hizbullah” qruplaşmaları ilə əlaqələr kəsilməlidir.

4. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin terrorçu qruplaşma elan etdiyi bütün qruplara maliyyə dəstəyi dayandırılmalıdır.

5. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin tələb etdiyi “terrorçular” təhvil verilməlidir.

6. “Əl-Cəzirə” telekanalı və onun bütün filialları bağlanmalıdır.

7. Suveren ölkələrin daxili işlərinə müdaxiləyə son qoyulmalıdır

8. Qətər siyasətinin səbəb olduğu insan itkilərinə görə təzminat ödənilməlidir.

9. Hərbi, sosial və iqtisadi siyasət digər Körfəz Ölkələri ilə uyğunlaşdırılmalıdır.

10. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin müxalifəti ilə əlaqələr kəsilməlidir.

11. Birbaşa və ya bilavasitə Qətər tərəfindən maliyyələşdirilən xəbər mənbələri bağlanmalıdır.

12. Siyahıdakı bütün tələblərə 10 gün ərzində razılıq verilməlidir. Əks halda siyahı etibarsız hesab olunacaq.

13. Tələblər razılaşdırıldıqdan sonra hər ay qanunların icra olunub-olunmadığına dair auditin keçirilməsinə icazə verilməlidir.

Qətər artıq bir dəfə bu tələbləri rədd edib.

Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsi Qətəri terrorizmə dəstək verməkdə və İranla əməkdaşlıq etmək də təqsirləndirərək bu ölkə ilə diplomatik əlaqələri dayandırıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728