Bakıda 7 nəfəri gün vurdu

>

Bunu da oxuyun

Bu il yay mövsümü başlayandan, yəni iyunun 21-dən bu günə qədər Bakıda 7 nəfəri gün vurub.

Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.

R.Nağıyev vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi tövsiyə edib: “Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728