Pirşağı çimərliyinə gedənlərin nəzərinə

>

Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə iyulun 5-i səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.

Bunu da oxuyun

Elchi.az “Trend”ə istinadən xəbər verir ki, “Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

“Azəravtoyol” ASC təmir işləri ilə əlaqədar olaraq yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.

Qeyd edək ki, sözügedən körpü Novxanı-Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728