
Gürcüstanın dövlət sərhədindən xarici ölkə vətəndaşlarının keçmə prosedurlarına Avropa İttifaqı ilə viza rejiminin aradan qaldırılmasından sonra əsaslı surətdə nəzarət olunur.
Elchi.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Gürcüstana gələn turist və digər ziyarətçilərin artması ilə yanaşı xarici vətəndaşlara beynəlxalq standartlar və qanunla nəzərdə tutulmuş prosedurlara müvafiq olaraq ölkəyə girişə qadağa olunması halları baş verir”, – bəyanatda qeyd olunub.
DİN Gürcüstanın dövlət sərhədini keçərkən sərhədçinin xarici ölkə vətəndaşına Gürcüstana daxil olmağa icazə verməmək hüququnun olduğunu qeyd edib.
“Bu hal o zaman baş verir ki, həmin vətəndaş müsahibə zamanı qətiyyətli cavab vermir və ya səlahiyyətli şəxsə səyahətin məqsədləri barədə yanlış məlumat verir”, – bəyanatda deyilir.
DİN bəyan edib ki, Gürcüstanın sərhəd-buraxılış məntəqələrində xarici ölkə vətəndaşlarının yoxlanması zamanı dünyada qəbul edilmiş metodlar tətbiq olunur



