
Bakının Binəqədi rayonunda kütləvi dava olub.
Elchi.az report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda yerləşən “Tərlan” şadlıq sarayında qeydə alınıb.
Hadisə şahidi Xəqani Süleymanov “Report”a bildirib ki, 8 nəfər arasında mübahisə zəminində düşən dava nəticəsində bir nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsindən verilən məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb, araşdırma aparılır.









