FED-in protokolu dolları bahalaşdırır

>

Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) iyun iclasının protokolunu dərc edib.

Bunu da oxuyun

Elchi.az “APA”ya istinadən xəbər verir ki, protokola əsasən, FED yaxın aylar ərzində balansındakı aktivlərin həcminin azaldacağını təsdiqləyib.

FED-in balansı 4,5 trln. dollara çatıb ki, bu da 2009-cu ildən etibarən dövlət istiqrazlarının alışı nəticəsində mümkün olub. FED qiymətli kağızlardan əldə olunan gəlir hesabına təkrar investisiya yolu ilə siyasətini sərtləşdirməyə qərar verib.

Ekspertlər hesab edir ki, balansda aktivlərin azaldılması faiz dərəcələrinin artmasına və dolların bahalaşmasına səbəb olacaq.

“Oanda”nın analitiki Alfonso Esparza bildirib ki, FED artıq sentyabr ayından etibarən aktivlərin azaldılmasına başlaya bilər. Bununla yanaşı, analitik qeyd edir ki, inflyasiyanın 2%-lik hədəf göstəricidən aşağı olması dolların möhkəmlənməsi üçün çalışan FED-i pul-kredit siyasətinə yenidən baxmağa məcbur edə bilər.

Protokolun dərcindən sonra birjalar dolların kəskin bahalaşmasının şahidi olub. Belə ki, ötən gün 1,1352 dollara çatan avronun məzənnəsi bu gün 1,1335 dollaradək geriləyib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728