"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan XİN Rusiya tərəfinin bəyanatına münasibət bildirib

06 İyul 2017 - 18:47
in SEÇMƏ

Rusiya XİN-in məsələyə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyil

 “Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasi məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyil. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir”.Elchi.az-ın məlumatına görə, bu barədə Azəbaycan XİN-in mətbuat xidmətinin açıqlamasında deyilir.

“Ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib. İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir”, –  açıqlamada bildirilib.

Əlavə olunub ki, əvvəlcədən məlumatlandırma və xəbərdarlıq rejimi əsasında Azərbaycan tərəfindən müvafiq olaraq erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girməsi üçün şərait yaradılıb: “Burada da hər hansı bir problem olmayıb. Bu günə qədər artıq yüzlərlə erməni əsilli Rusiya və digər ölkələrin vətəndaşlarının müvafiq ön xəbərdarlıqla Azərbaycan ərazisinə daxil olması təmin olunub. Dərin multikultural ənənələrə sahib müxtəlif etnik mənşəyə malik olan insanların azad birgəyaşayış məkanı olaraq Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək, xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb buraxılmamasına dair özü qərar verir.

Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq yaxşı bilir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal və təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilib. 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün həyatını yaşayır.

Xocalı faciəsini xatırlatmaq istərdik ki, erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsilə Ermənistan silahlı qüvvələri tərəfindən bütün Xocalı sakinləri bir gecənin içində soyqırıma məruz qalmışlar. Bu ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan əhalisinə qarşı törətdiyi hücumlar və təxribatlar nəticəsində bir qadının və onun 2 yaşlı nəvəsinin ölməsi faktı Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı bu kimi terror-təxribat siyasəti aparılmasının daha bir sübutudur. Xüsusən də belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur”.

Qeyd edilib ki, ümumiyyətlə, məsələnin həssaslığını nəzərə alaraq heç bir ölkə tərəfindən bu məsələ qaldırılmadığı halda, Rusiya tərəfindən, sözügedən məsələyə bu dərəcədə diqqətin yetirilməsi heç bir halda başa düşülən deyildir: “Təəssüflər olsun ki, ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı Rusiya tərəfindən biganəlik göstərilir.

Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və biz də gözləyirik ki, Rusiya Federasiyası öz üzərinə düşən məsuliyyətdən çıxış edərək münaqişənin tezliklə həll olunması istiqamətində səylərini daha da artıracaq və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacaqdır. Nəticədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunacaqdır. Ondan sonra insanların da sərbəst gediş gəlişi üçün imkan yaranmış olacaq. Azərbaycan tərəfinin bu mövqeyi dəfələrlə müvafiq şəkildə Rusiya XİN-in diqqətinə çatdırılıb”.

Bunu da oxuyun

İran hökumətinin növbəti “nailiyyəti” – soğan dollarla rəqabət aparır

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib

Next Post

Bakının mərkəzində keçirilməli olan konsert təxirə salındı

Bənzər yazılar

İran hökumətinin növbəti “nailiyyəti” – soğan dollarla rəqabət aparır

İran hökumətinin növbəti “nailiyyəti” – soğan dollarla rəqabət aparır

30 Dekabr 2022 - 03:38

İranda soğanın qiyməti kəskin bahalaşıb.  Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb. Qeyd edilib ki, soğanın qiyməti...

Ermənistanın növbəti təxribatı – XİN açıqlama yaydı

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

21 Avqust 2022 - 15:13

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) dünən baş vermiş ağır yol qəzası ilə bağlı Türkiyə başsağlığı verib.Nazirlik bu barədə Tvitter hesabında...

Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

01 İyul 2022 - 15:27

Prezident İlham Əliyev "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, sərəncamla hakim...

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

30 Aprel 2022 - 13:39

“Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan tarixə və mifologiyalara istinad halları bir qayda olaraq istifadə olunan təcrübə deyil. Qonşu...

Next Post

Bakının mərkəzində keçirilməli olan konsert təxirə salındı

Azercell-lə peşəkar karyeraya ilk addımlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.