İran XİN 2 yaşlı Zəhranın öldürülməsinə münasibət bildirdi

Bunu da oxuyun

İran XİN 2 yaşlı Zəhranın öldürülməsinə münasibət bildirdi

Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir.

Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi deyib.

O qeyd edib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır:

“Biz münaqişə zonasında gərginliyin artmasına qarşıyıq. Dağlıq Qarabağda qarşıdurma və gərginliyin artması nə bölgə xalqlarının, nə də bizim xeyrimizədir. Hərdən belə təəssürat yaranır ki, kənar qüvvələr məsələyə müdaxilə etmək istəyir və vəziyyətin gərginləşməsində maraqlıdırlar. Biz buna görə təəssüflənirik və ümid edirik ki, region ölkələri bölgədə gərginliyin azaldılması üçün birgə səy göstərəcəklər”.

B. Qasimi xatırladıb ki, İran bu bölgəyə ən yaxın ölkədir: “90-cı illərdə Sovet İttifaqı dağıldıqdan sonra, Qarabağda gərginliyin başlandığı ilk günlərdə,  İran vasitəçi kimi çıxış etdi və bir neçə ay bölgədə sabitliyin yaranmasına çalışdı. Bu gün gərginliyin artması və qarşıdurmaların baş verməsi nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir. Təəssüflər olsun ki, əcnəbi ünsürlər müəyyən vaxtlar bölgədə gərginliyi artırmağa çalışır və ixtilafları dərinləşdirməyə yardım edirlər. Son baş verən hadisələrə görə təəssüflənirik və ümid edirik ki, bölgədə gərginliyin azalmasına və sabitliyin təmin edilməsinə şahid olacağıq. Biz də bunun üçün çalışacağıq”.

B. Qasimi ümid etdiyini bildirib ki, Minsk qrupu öz öhdəliyini daha ciddi şəkildə yerinə yetirəcək: “Təəssüflər olsun ki, son qarşıdurmalar zamanı iki yaşlı uşaq və digər dinc sakin öldürüldü. Bu, çox ağrılıdır. İranın Azərbaycandakı səfirliyi bu hadisə ilə bağlı ölkəmizin mövqeyini elan edib. Bizim mövqeyimiz aydındır. Biz gərginliyi artıracaq hər hansı addıma qarşıyıq. Ümid edirik ki, tövsiyələrimizə əməl olunacaq. Əgər gərginliyin azalması üçün nəsə edə biləriksə, biz əlbəttə ki, bunu etməyə hazırıq”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728