Leyla Əliyeva Kannda açılışda (FOTOLAR)

Leyla Əliyeva Kannda açılışda

Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.

Bunu da oxuyun

Elchi.az Azərtac-a istinadən xəbər verir ki, mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fond tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın tərənnümünə yönələn bu cür layihələrin ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıdığını bildirib.

Bildirib ki, sərgi çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun T.Nərimanbəyovun həyat və yaradıcılığı haqqında kitabının təqdimatı edilir. Bu kitabda rəssamın Azərbaycanda və xarici muzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki nadir əsərləri barədə məlumatlar yer alıb.

Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert proqramı da təqdim edilib.

Konsertdən əvvəl Anar Ələkbərov çıxış edərək tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xoş arzularını çatdırıb.

Qonaqlar, həmçinin Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728