"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hər il 443 min yeniyetmə ana olur – Hesabat

19 İyul 2017 - 16:07
in CƏMİYYƏT

BMT-nin Əhali Fondu 2016-cı ili əhatə edən “Milyonlarla dəyişilmiş həyat” adlı illik hesabatını dərc edib.

Elchi.az xəbər verir ki, sözügedən illik hesabat milyonlarla qadın və gənclərin səğlamlığının qorunması və hüquqlarının təşviqi, eləcə də onların potensiallarının reallaşması üçün BMT-nin Əhali Fondunun keçən il ərzində gördüyü işlərə və nəticələrə həsr olunub.

Hesabat şərti olaraq 6 hissəyə bölünüb. Bu bölmələr Ərəb, Şimali və Şərqi Afrika, Mərkəzi və Qərbi Afrika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, Asiya və Sakit okean və Latın Amerika regionlarını əhatə edir.

Hesabatda qeyd olunub ki, Şərqi Avropa və Mərkəzi Asiya əsasən orta gəlirli əhəmiyyətli vəsaitlər və müvafiq dövlət xidmətləri və infrastruktur səviyyəsinə malik ölkələrdən ibarətdir. Bu isə öz növbəsində antenatal qulluğun keyfiyyətinin region üzrə təxminən eyni səviyyədə olmasına və 1990-cı illərin əvvəllərindən etibarən ana ölümlərinin sayının yarıdan çox azalmasına səbəb olub. Lakin iqtisadi bərabərsizliklər və iş imkanlarının məhdud olması bu ölkələrdə miqrasiyanın artmasına səbəb olmaqla yanaşı, bir çox ailələrin istədikləri qədər çox uşağa sahib ola bilməməsi və cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışına əngəllər törədir. Ən çox həssas qruplara aid milli azlıqlar, qaçqınlar, miqrantlar, gənclər və kasıb təbəqəyə aid şəxslər öz reproduktiv hüquqlarının reallaşmasında və dolğun məlumatlara çıxışda xüsusi problemlərlə üzləşirlər.

Regionda 17 milyona yaxın qadının hələ də müasir kontrasepsiyaya çıxışı məhduddur və onların böyük əksəriyyəti ənənəvi kontrasepsiya metodlarından istifadə edir. Bu isə öz növbəsində arzu olunmayan hamiləlik və cinsi yolla keçən infeksiyalara yol açır. Təəssüflər olsun ki, Cənub-Şərqi Avropa və Cənubi Qafqazın əksər ölkələrində müasir kontraseptivlərin istifadəsi dünyanın ən az inkişaf etmiş ölkələrindəki orta səviyyədən aşağıdır.

Hesabatda bildirilib ki, regionda hər 1,000 diri doğuşa 257 abort düşür və hər il 443,000 yeniyetmə uşaq dünyaya gətirir, bu isə Qərbi Avropadakı göstəricilərdən 3 dəfə çoxdur. Bundan başqa qadınlara qarşı diskriminasiya, gender əsaslı zorakılıq və cinsə görə doğulan uşaqların nisbətinin pozulması gender ayrı-seçkiliyinin əsas təzahürü olmağa davam edir.

Bundan əlavə hesabatda 2016-ci ildə regionumuzda həyata keçirilən layihələrdən də bəhs edilib. Belə ki, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların aradan qaldırılması, gənclərin reproduktiv və cinsi sağlamlıq hüquqları barəsində məlumatlandırılması və s. hesabatda öz əksini tapıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə hökumətinin tərkibində dəyişikliklər olub

Next Post

Yol polisindən sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Yol polisindən sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT

Lapşin son SÖZÜ DEDİ: “Çox peşmanam”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.