"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yararsız çıxarılan dondurmalar hələ də satışdadır! – təhlükə!

20 İyul 2017 - 11:22
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Eyyub Hüseynov: “Onların bəzilərinin hətta reklamı belə gedir…”

İsti yay mövsümündə insanların ən çox sevdiyi qidalardan biri də dondurmadır. Hazırda ölkəmizdə yerli istehsalla yanaşı Türkiyə, Rusiya və digər ölkələrdən gətirilən dondurmalar satılır.

Ekspertlərə görə, dondurmanın yalnız isti yay mövsümündə deyil, müntəzəm istifadəsi uşaqlarda vitamin çatışmamazlığını aradan qaldıra bilir. Onun ziyanlı tərəfləri də var. Çünki tələb olunan qaydada saxlamadıqda əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsinə şərait yaradır.

Məlum olduğu kimi, bu günlərdə müxtəlif ticarət obyektlərində satışda olan bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərə yol verilən miqdardan artıq olduğu müəyyən edilib. Belə məlum olur ki, yerli istehsal olan dondurmaların əksəriyyəti təhlükə saçır. Bununla da qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

Araşdırmalar zamanı o da məlum olub ki, bir çox yerli istehsalı olan dondurmalara kimyəvi maddələr və boyaq məhsulları çox vurulur ki, bu da insan orqanizmində, xüsusən də uşaqlarda müəyyən xəstəliklərə yola açır. Bəs çıxış yolu nədir, dondurmalardan imtinamı edək?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov imtinanın tərəfdarı deyil: “Çünki ölkənin əmtəə bazarlarında normal standartlara cavab verən dondurmalar da var. 2011-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi bizə müraciət etdi və bu cür nişan qeydiyyatdan keçdi. Azərbaycanda 20-dən çox dondurma istehsalçısı var. Onlardan birinə, “İceland” dondurma müəssisəsinə həmin nişan təqdim olundu. Orada daim nəzarət, şəffaf bir mühit var. Mən onu reklam etmirəm, sadəcə, bildirirəm ki, bu cür dondurma istehsalçıları da var. O ki, qaldı dövlətin apardığı son ekspertizaya, bu həddindən artıq gecikmiş işdir. Çünki bu qədər dondurma istehsalı üçün nə qədər əmək, pul sərf olunub. Gərək hökumət orqanları vaxtında tədbirlər görərdi, dondurma mövsümü başlanmazdan əvvəl onların avadanlığı, bütün hər şeyi araşdırılardı, dondurma istehsalçılarına köməklik edilərdi. Çünki bu biznesdir. Biznesi də çökdürmək düzgün deyil. Lakin məlum olduğu kimi, təhlükəli dondurmalar var və dövlət orqanları çox yaxşı ki, bu cür tədbir görüblər. Mənə hazırda istehlakçılar tərəfindən çoxsaylı şikayətlər daxil olur. İstehlakçılar bildirirlər ki, satışdan çıxarılan dondurmalar hələ də satışdadır. Lakin əhali bilməlidir ki, satışdan çıxarılan dondurmalar hansı tarixə aiddir. Çox təəssüf ki, bu məsələ əhali arasında çaşqınlıq yaradıb. Bir neçə gün bundan əvvəl məlum oldu ki, adı siyahıda qeyd olunan dondurmalardan birinin istehsalçısı həbs olunub. Lakin sonradan məlum oldu ki, nəinki həmin dondurma satışdan çıxarılıb, hətta reklamı belə gedir. Bu, anormal haldır. Bir məsələ də var, dövlət orqanları müəssisələrdən ekspertizaları necə götürüb? Bu məsələ o zaman əsaslı olur ki, dövlət orqanları ekspertiza götürəndə bu şəffaf aparsın, istehsalçı müəssisəsinin anbarından standartlara uyğun götürsün”.

Eyyub Hüseynov dondurma alarkən nələrə diqqət edilməsindən də söz açdı: “Əgər dondurmanın kağızında əyrilik varsa, bu, onun hardasa istilik temperaturuna məruz qaldığını, əriyib yenidən dondurulduğunu göstərir. Belə dondurma artıq çirklənmiş dondurma hesab olunur. Ona görə kağızlar hamar və təmiz olmalıdır. Dondurmanın etiketində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, kaloriliyi, istehsal müəssisəsinin adı, telefonu, ünvanı olmalıdır. Standartın nömrəsi göstərilməlidir”.

Ekspertlərin fikrincə, bu kimi risklərdən uzaq olmaq üçün ən yaxşı variant dondurmanı ev şəraitində hazırlamaqdır. Ən sadə üsul belədir: 3 yumurtanın ağı mikserdə ağarana qədər çalınır. Köpüklənmiş halda qarışığa şəkər tozu az-az qatılır. Qarışıq bərk halda olur. Bir paket vanilin əlavə edilir. Qarışdırmağı davam edərək bir-bir qaymaq əlavə edilir. Bu zaman durulaşma yarana bilər. Qablara tökülür və soyuducunun buzluq hissəsinə qoyulur. Beləliklə, həm sərin desert, həm də sağlamlığa ziyan vurmayan dondurma əldə olunur.

Çoxları üçün dondurmanın yarandığı tarixi çox maraqlıdır. Ümumiyyətlə, dondurma haqqında çoxsaylı iddialar mövcuddur. Bəziləri iddialara görə, ilk dəfə onun reseptini Çindən İtaliyaya Marko Polo tərəfindən gətirilib. Lakin bu şəxs dondurmaların hazırlanma prosesini birbaşa görüb, öyrənsə də, evinə dönərkən reseptdən istifadə edə bilməmişdi.

İlk yağlı dondurmalar Fransada III Napoleonun dövründə hazırlanıb. Onun resepti Plober şəhərində Le Beem tərəfindən yaradılmışdı. Buna görə də bir çox dondurmaların adı məhz “plombir” adlandırılır. Zaman keçdikcə bu desert bir çox ölkələrdə tanındı və hər bir şəxs daha artıq əlavələr edərək hazırlamağa başladı. Nəticədə hazırkı dondurmalar daha dadlı, qoxulu və ləziz formadadır. Hazırda İtaliya assorti dondurmasının mərkəzi sayılır. Məhz Apenində dondurmanın tərkibinə qoz, meyvə, likör, peçenye və hətta gül əlavə etməyə başladılar. Sonralar isə Avstriyada şokoladdan hazırlanan dondurmalar düzəldilməyə başlandı.(musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev: “Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır”

Next Post

BMT Qüds probleminin həlli şərtlərini açıqladı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

BMT Qüds probleminin həlli şərtlərini açıqladı

I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı iyulun 22-də keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.