2017-ci ilin birinci yarısına olan məlumata əsasən Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir.Bu şəxslərin 90 faizi ağır və çox ağır cinayətlər törədən şəxslərdir.
Rusiya həbsxanalarında MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır. Belə ki, 8002 Tacikistan vətəndaşı Rusiya həbsxanasında cəza çəkir. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir.
Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir.
Ümumilikdə isə Rusiyada 618 490 nəfər həbsxanadadır. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır.(AzVision.az )