"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Evi alana da söyüş, almayana da?- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

25 İyul 2017 - 23:14
in KÖŞƏ YAZILARI, MANŞET

leman

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bu mövzuya nöqtə qoymuşdum. Söz vermişdim ki, yazmayacam.

Amma sözümüzün başına ip dolayanlar imkan vermirlər. Ev alanların gözünə qatıb ev almayan məni də söyürlər.

İki gündür inboxuma dostlarım, izləyicilərim müxtəlif linklər atır. Açıram, baxıram ürəyim bulanır. Məndən sonra “Azadlıq”a gəlib cip-cip öyrənənlər indi mənə dərs keçməyə qalxışıblar.

Biri desin ki, otur oturduğun yerində ay uşaq. Başını başlara qoşma. Səni ən yaxşı halda darıxdırıcı məhkəmə proseslərindən uzunçuluq edən biri kimi tanıyırıq. Sən qrantlar hesabına xarici ölkələri gəzib Azərbaycanın adına qara yaxanda mən Azərbaycanın adını ucaldanların axtarışına çıxmışam.

Belorusa getmişəm ki, general Həzi Aslanovun döyüş yolunu çəkim. Uzaq Çinə-Port Artura getmişəm ki, Səməd bəy Mehmandarovu sənin kimilərə tanıdım. Sankt Peterburqda, Tiflisdə axtarışlarım olub. İlk müsəlman Əlahiddə korpusunun yarandığı London mehmanxanasının təsvirlərini tamaşaçı ilk dəfə mənim filmimdə görüb. Sən isə mənim jurnalistikada gördüklərimi bir ömür yatıb yuxunda da görə bilməzsən. Buna istedadın çatmaz. Sənin kimilərin istedadı ancaq onun-bunun dalısıyca danışmağa çatır.

Halbuki zamanında qabağıma qaçıb “jurnalistikaya sizə görə gəlmişəm” deyənsən. İndi mənim yazımın təftişinə qalxmısan. Sən və sənin kimilər nə bilir axı yazı nədir?

Hansı fundamental bir məqalənlə, araşdırmanla oxucunu təəccübləndirə bilmisən?

Adının Azərbaycan cəmiyyəti üçün nə kimi əhəmiyyəti var?

Kimsən axı sən?

Hər şeyi qara rəngdə görməyə adət etmiş zavallı!

Məni uşağımın adı ilə alver eləməkdə günahlandırırsan. Qoy olsun! Təki sizin kimi Vətənin adı ilə alver eləməyim. Eləsəydim, bu şans mənə uzaq 1998-ci ildə yaradılmışdı. Mikayll Mirzə parlametdə öz “möhtəşəm” rolunu oynayanda. Üstümə şığıyaraq, “siz mətbuatın tulalarısız !” deyəndə.

Milli Məclisdə adım akademik səviyyədə çəkiləndə. Sənin yaxşı tanıdığın, dadını və tamını hər an damağında hiss etdiyin qrantdan “ağzım yananda”. Sən onun həzzini yaşamısan, mən isə acısını. Qrant nədir sualıma “su krantı” deyən deputat xanımı tənqid etdiyim üçün saçımı ələ, ömrümü isə yelə vermişəm!

Bundan xəbərin var?

İndi isə cəhənnəm ol, get, başqa yerdə oyna. Düşünmə ki adını çəkəcəm. İnan bu sənə şərəf olar. Zatən haqqımda yazdıqların da buna hesablanmayıbmı? Anara məktubum ev mövzusunda yazdığım ilk və son yazım olmalıydı. Sözümü tuta bilmədim. Qoymadılar.

Qərbin, Avropanın qucağında oturub da burdakı ev davasına burun soxanlar buna imkan vermədilər. İlahi, gör hələ ev alsaydım bunlar necə can verəcəkdilər? Bunu təsəvvür belə etmək istəmirəm.

Sanki jurnalsitin dövlətdən ev alması ciddi bir qəbahətdir.

Amma ağzını Allah yoluna qoyub danışmaq qəbahət deyil. Böhtan, şantaj yağdırmaq qəbahət deyil. Əcnəbinin puluyla özünə güzəran qurmaq qəbahət deyil. Başqasının uşağının xəstəliyi ilə məzələnmək qəbahət deyil. Sizin səviyyənizdə olsaydım “ürəyimdən su içəsiz” deyərdim. Çünki balamın ürək dərmanı içməsini hırıltıyla, məsxərəyə qoyaraq qarşılamısız.

Mən sizə “Allah hər birinizin balasını saxlasın, sağ-salamat böyüdəsiz” deyirəm. Çünki sivil cəmiyyət onların çiyinlərində bərqərar olacaq. Düşünürəm ki, bu mövzu mənim üçün artıb bitdi. Siz də istəsəniz susun. Çünki 3 ildən sonra yenə danışmalı olacaqsız.

Kimi imanlı, kimi imansız, kimi imamlı, kimi imamsız, kimi pünhan, kimi aşkar.

 

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

“Gununsesi.info”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Vikipediyada 53-cü pilləyə yüksəlib

Next Post

“Vətəni orada sizə verilən evlərə, müavinətlərə satmayın…” – Rəfail Becanov yazır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

"Vətəni orada sizə verilən evlərə, müavinətlərə satmayın..." - Rəfail Becanov yazır

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” - QALMAQAL

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.