Bu gündən etibarən məktəbəhazırlıq qruplarına növbəti tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayır . Qeydiyyat sentyabrın 18-dək davam edəcək. Qeydiyyatda ərizələrin qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva mətbuata açıqlamasında bildirib ki, məktəblərdə sənəd qəbulu avqustun 1-dən sentyabrın sonuna qədər olacaq. O bildirib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyində 266 ümumitəhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək: “Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq”.
İdarə rəsmisi onu da əlavə edib ki, yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır: “Yeni tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 25 mindən çox uşağın cəlb olunması nəzərdə tutulur”.
Maraqlıdır, ilk dəfə tətbiq edilən bu qayda məcburidirmi? Ümumiyyətlə, bunun hansısa bir əhəmiyyəti varmı?
Təhsil eksperti Kamran Əsədov bunun mühüm əhəmiyyət kəsb etdiyini dedi: “Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il sərəncamı əsasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron vasitələrlə təmin olunması tövsiyə olunur. Buna görə də Bakı Şəhər Təhsil İdarəsi tərəfindən ilk dəfə olaraq, birinci sinfə şagird qəbulu elektron qaydada həyata keçirilməyə başlandı. Bu, təhsil sistemində fövqəladə inqilabi irəliləyiş idi. Belə ki, buna qədər valideynlər övladlarını birinci sinfə qəbul etdirmək istəyəndə onlara məktəb rəhbərliyi tərəfindən süni maneələr yaradılır, əsassız tələblər olurdu. Bu hal eyni ilə məktəbəqədər təhsil alan şagirdlər üçün də yaranırdı. Məktəbəqədər təhsil almaq üçün məkan və müəllim seçmə problemi yaranırdı. Elektron xidmətlər göstərməsi bu problemləri həll etmək baxımından mühüm əhəmiyyət kəsb edir”.