Bakıda “Oazis” restoranında kütləvi dava digər şadlıq evlərinin, restoranların, ailəvi istirahət
mərkəzlərinin fəaliyyətinə ciddi şəkildə təsir edib.
Məlum hadisədən sonra restoranların rəhbərləri işə əlavə mühafizəçilər cəlb edib, nəzarəti sərtləşdirib. Obyekt sahiblərinə müştərilərə qarşı həssas davranmaq, onların sifarişlərini vaxtında çatdırmaq və ünsiyyətdə etik normalara əməl etmək əmr olunub.
Xatırladaq ki, “Oazis”də baş verən kütləvi dava nəticəsində həm müştəri, həm də xidmət personalı tərəfindən ciddi xəsarət alanlar olub. Qarşıdurmada bıçaqlananlar və həbs edilənlər var.



