3 institutun lisenziyası ləğv edilib

Bunu da oxuyun

>Rusiyanın Federal Elm və Təhsil sahəsinə nəzarət xidməti üç ali təhsil müəssisəsi və bir filialın lisenziyasını tamamilə ləğv edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə xidmətin məbuat katibliyi məlumat yayıb.

Llisenziyası ləğv edilən ali təhsil müəssisələri bunlardır: Moskva Beynəlxalq Sosial-Humanitar Əlaqələr İnstitutu, Vladimir Biznes İnstitutu, Samara Biznes və İdarəetmə İnstitutu.

Lipetsk İqtisadi-Hüquq İnstitutunun Boronej filialının da lisenziyası ləğv edilib.

Qərara görə, bu ildən bu ali təhsil müəssisələrinə qəbul keçirilə bilməz, ancaq tələbələrin təhsili davam edəcək. Tələbələrə həmin institutları uğurla bitirmələrinə dair diplom veriləcək.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728