Türkiyədə “Paralel dövlət” tərəfindən dinlənilən 76 telefonun 26-sının Milli Kəşfiyyat Təşkilatı (MİT) və Baş
Qərərgaha aid olduğu məlum olub.
Qərərgaha aid olduğu məlum olub.Avropa.info-nun məlumatına görə, Telekommunikasiya Nazirliyində aparılan araşdırma yüksək vəzifəli şəxslərin telefonlarının izlənməsinə aid mühüm detalları ortaya çıxarıb.
Ankara və Gölbaşı baş prokurorları tərəfindən aparılan “dinləmə” istintaqında müdhiş detallar üzə çıxıb.
Məlum olub ki Prezident Rəcəb Tayyib Ərdoğan, MİT müşaviri Hakan Fidan, Baş Qərargah rəhbəri Necdət Özəl və digər nazirlərə aid telefonlar da bəzi taktikalarla dinlənilib. Dinlənilən bəzi telefonların kimə aid olduğu müəyyənləşdirilməyib.
MİT eksperti 76 telefonla 304 dinləmənin baş tutduğunu bildirib. Ekspert həmçinin bildirib ki, dinlənilən telefonlar 76 dan çox ola bilər, lakin hələ müəyyən edilməyib.
TİB-də araşdırmaları davam etdirən ekspert heyəti dinləmə müddətini, səslərin necə yazılmasını, hansı kompüterlərdən izləndiyini müəyyənləşdirmə istiqamətində işə başlayıb. Araşdırmadan sonra isə səs yazılarının kimlərə ötürüldüyü məlum olacaq.
Qeyd olunur ki, MİT və Baş Qərərgah telefonlarının təhlükəsizliyini artırmaq üçün əlavə əməliyyatlardan istifadə ediblər. Lakin “Paralel dövlət” şifrəni qıra bilib.



