"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklər – SİYAHI

15 Avqust 2017 - 17:28
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Müşahidələr göstərir ki, son vaxtlar bəzi xəstəliklər xeyli cavanlaşıb və onlardan ölənlər daha çoxdur.

Maraqlıdır, Azərbaycanda ölüm halları ilə nəticələnən xəstəliklər hansılardır?

Ürək, hipertoniya, onkoloji xəstəliklər…

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva Modern.az-a açıqlamasında ölümə səbəb olan xəstəliklər haqqında danışıb.

Deputatın sözlərinə görə, son illər Azərbaycanda bəzi xəstəliklər cavanlaşıb: “Adətən, ən çox ürək xəstəlikləri, hipertoniya, yəni qan təzyiqinin artımı, onkoloji xəstəliklər ölüm hallarına səbəb olan xəstəliklərdir.

Onkoloji xəstəliklərindən ölüm hallarının yarana bilmə ehtimalı çoxdur. Statistik məlumatlara görə kordioloji xəstəliklər – ürək çatışmazlığı, insult kimi hallar artıq onkoloji xəstəlikləri də üstələyir. Qeyd etdiyim xəstəliklər artıq cavanlaşıb. Belə ki, gənclərdə, orta yaşlı insanlarda həmin xəstəlikləri müşahidə etmək mümkündür. Əvvəllər bu cür xəstəliklər 50 yaşdan yuxarı insanlar üçün xarakterik idisə, indi belə deyil”.

Xəstəliklərin 90 faizindən çoxu irsi xarakter daşıyır

Deputat xəstəliklərin cavanlaşma səbəbindən də söz açıb: “Xəstəliklərin artması, ölüm hallarına səbəb olması, o cümlədən xəstəliklərin cavanlaşmasının müxtəlif səbəbləri var. İlk növbədə xəstəliyin genetikasını vurğulamaq istəyirəm.

Yəni bütün xəstəliklərin, demək olar ki, 90 faizindən çoxu irsi xarakter daşıyır. Əgər nəsildə hər hansı xəstəlik varsa, bu, ilk nümayəndələrdə aşkar olunmasa da, sonrakı nəsillərdə özünü göstərə bilər. O cümlədən ən önəmli səbəblərindən biri ekoloji faktorlardır. Ekologiyanın çirklənməsi, insanların fiziki əməklə məşğul olmaması əsas səbəblərdən biridir.

Nə üçün əvvəlki insanlar daha uzunömürlü olurdu? Çünki dədə-babalarımız təmiz havada olub və yaxşı qidalanıblar. Digər tərəfdən, fiziki əməklə məşğul olublar. Lakin hazırda cavanlardan tutmuş yaşlılara kimi hər kəs dayaq-hərəkət sistemində olan problemlərdən şikayətlənirlər. Qol ağrısı, qrija, onurğadakı problemlər, ayaqlarda ağrı və.s. kimi hallarla qarşılaşırıq. Bu, az hərəkətliliklə əlaqədardır və təbii ki, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur”.

Mənfi xəbərlər insan beyninə pis təsir edir

K.Əliyeva qeyd edib ki, stress də ölüm hallarına səbəb olan amillərdən biridir: “Bu gün hamı oturaq həyat tərzi keçirir. Bu da ölüm faizinin artma səbəblərindən biridir. Hazırda mağazalarda bilavasitə insan ömrünü qısaldan ərzaqlar satılır. Süni qidalar insan orqanizmində xəstəliklərin yaranmasına gətirib çıxarır.

Sinir sistemi pozğunluqları da insan ölümünün cavanlaşmasına səbəb olur.

Bilirsiniz ki, bu dəqiqə hər şey stressdir. Məsələn, televiziyada və ya saytlarda verilən mənfi xarakterli xəbərlər birbaşa insan səhhətinə təsir edir. Siz elə bilirsiniz ki, bunlar insan beyninə, orqanizminə təsir etmir? Biz bunu hiss etməyə bilərik. Amma bu cür xəbərlər insan beyninə pis təsir edir və sinir hüceyrələrinin məhvinə gətirib çıxarır. Nəticə olaraq insan ömrü qısalır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

19 dövlət əmlakı özəlləşdirilib

Next Post

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda 6 ayda 68 mindən çox körpə doğulub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.