İspaniya Superkubokunun cavab oyunu keçirilib.
Qarşılaşma “Real”ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində Kərim Benzema “Barselona”nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib.
Bununla da “Real Madrid” növbəti dəfə İspaniya Superkubokunun qalibi olub.
Qeyd edək ki, ilk oyun avqustun 13-də Barselonada baş tutub və “Real”ın 3:1 qələbəsi ilə başa çatıb.