Tanınmış iş adamı Mürvət Həsənli özünün sosial şəbəkə hesabında hüquqşünas Aslan İsmayılovun ona qarşı yazılan statusuna tutarlı cavab verib. CNNBaku xəbər verir ki, statusunda Mürvət Həsənli sözün bütün mənalarında vəkili nokauta salıb. Statusu təqdim edirik.
Öz dili ilə desək “tanınmış” hüquqşünas, Azərbaycanımızın əleyhinə bəyannamələr tirajlayan SOROS təşkilatınının “Bakı könüllüsü”, vəkillikdən QOVULAN, ŞƏRƏF kəlməsi ilə tərs mütənasiblik təşkil edən aslan ismayılov növbəti dəfə öz ənənəsinə sadiq qalıb. Xarici təşkilatların vəsaiti ilə ZƏNGİNLƏŞDİRDİYİ facebook sosial hesabında ağıl KASADLIĞINI növbəti dəfə ortaya qoyaraq, ünvanıma “status” yazıb. Üstəgəl “monitor pələngi” olan hüquqşünas Müasir Müsavar Partiyasının sədri Hafiz Hacıyev barədə elə Aslan İsmayılovun tərbiyəsi dilində fikir bildirirək, özünü ZƏKA hesab edir.
Ay Aslan, insanın qulağında 2 deşik olur. Səndə bilmirəm neçədir. Bir onu bilirəm ki, indi yazacağım sözlər deşiksiz qulağı AŞSÜZƏNƏ döndərər. Düzlüyü və şərəfi ilə.
- Sən, balıq adlandırdığınız Hafiz Hacıyevin kəsilib atılan dırnağı qədər dəyərli deyilsən. Bilirsən niyə? Çünki, cənab Hacıyev səndən fərqli olaraq dövlətinə sədaqətlə xidmət edir, xalqı hakimiyyətə qarşı qaldırmır, xaricdən “göy pul” alıb gözün yumub səsin başına atmır. Bəzi CIRCIRAMA vətən xainləri kimi.
- Hafiz Hacıyevin övladları barədə danışanda, heç dönüb öz övladlarına baxdınmı? Fərq bilirsən nədədir? Hafiz bəyin övladları DÖVLƏT QULLUQÇUSUDURLAR, ALMAN VƏ YA İNGİLİS XİDMƏTÇİSİ YOX!Sizin övladlarınız Hitlərin nəticəsinə, Çörçilin kötücəsinə baş əyəndə, tanınmış siyasətçinin övladları şəhidlər xiyabanını ziyarət edib, yenidən işinin başına-xalqa və dövlətə xidmət üçün tələsirdilər.
- Hafiz Hacıyevin obyektlərini, malını, mülkünü sayanda, heç düşündünmü ki, sənin Fairmont-da oğluna etdiyin 300 min manatlıq toyun, israfçılığın pulu İsmayılovlara haradan gəlir?Bunun cavabın özün daha yaxşı bilirsən!
- Ay hüquqşünas, xalqın oğlunu məhkəməyə gəlməməkdə suçlayırsan, əlini qoy vicdanına, ya da yox, o səndə yoxdur, düzün de, səni verdiyim hansı məhkəmə iclasında iştirak etdin? Hələ xəbər göndərirdin ki, birdən gələrəm Mürvət məni vurar! Olmaya sən yalnız monitor arxasında pələngə dönürsən? Burda deyirlər e, qorxma, dayı dovşan vuran deyil!
(33) dəfə oxunub




