"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aslan İsmayılova və Ömür Orala verilən möhlət başa çatdı: Şərəfsiz ya 1 olar, ya 2!

21 Avqust 2017 - 15:15
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Aslan İsmayılova və Ömür Orala verilən möhlət başa çatdı: Şərəfsiz ya 1 olar, ya 2!

Vəkil Aslan İsmayılov dəfələrlə iş adamı, “Xəmsə” restoranlar şəbəkəsinin sahibi Mürvət Həsənlinin ünvanına sərt ittihamlar səsləndirib. Erməni iş adamlarını müdafiə edən Aslan İsmayılov iş adamına qarşı şər-böhtan atmaqdan heç çəkinmir. İş adamını türkiyəlilərə pul atmaqda ittiham edən vəkil, birincinin adını keçmiş MTN generalı Akif Çovdarovla da hallandırıb. Bu azmış kimi, Aslan İsmayılov erməni iş adamları Bozaçiyan və Oksayanla şərik çalışan türkiyəli Ömür Oralın diktəsi ilə Mürvət Həsənlini ermənilərdən hədiyyə olaraq bahalı saat almaqda ittiham edib və bu yalanını mətbuatda tirajlayıb. “Emre Piliç” işində Aslan İsmayılovu Bozaçyanla Oskayanı şad-xürrəm edərək sevindirir. Mürvət Həsənliyə ermənilərin saat bağışlaması iftirasını atanlar Oskayandan qonorar almağa hazırlaşır, əməkdaşlığı genişləndirir.

şirkət sahibi Ömür Oral erməni şərikləri ilə iş qurmağına görə abrına bükülmək əvəzinə damazlıq təsərrüfatı olan və həmin firmada erməni səhmdarlarının olduğunu bilib əməkdaşlığı dayandıran M.Həsənliyə iftira atmaqdadır. Ən təəsüf doğuran məqam isə həmin erməni səhmdarlarının kənardan bu işi müşahidə edib sevinmələridir. Onlar fikirləşirlər ki, baxın – bir millət, iki dövlət, bir-birinə qardaş deyən ölkələrin iş adamları ədavət aparır.

Üstəlik, bu çəkişmədə vəkil Aslan İsmayılov da “Emre Piliç”ə dəstəyini əsirgəmir. Ölkədə məhkəmə problemi olan, hüquqları tapdanan vətəndaşlar qəhət olub, A.İsmayılov gedib Türkiyədə ermənilərin şərik olduğu şirkətə qahmar çıxıb. Ən azından onun bu işi götürməsinə heç nə vadar etmirdi. Sadəcə, maddi maraq onu cəlb edib və indi erməninin hüquqlarını müdafiə edir ki, ondan alacağı qonorarı rahatlıqla xərcləsin. Ö.Oralı növbəti böhtanlarından biri isə M.Həsənliyə guya ki, ermənilərin vaxtilə 40 min dollara qol saatı bağışlamasıdır. Gecə-gündüz Bozaçyanla, Oskayanla çiyin-çiyinə işləyən, onlarla çörək kəsən şirkət sahibi bu əməkdaşlığa son qoymaq yerinə, M.Həsənli ilə barışığa getmək, erməni dəyirmanına su tökməmək, onları sevindirməmək əvəzinə olmazın iftiralar yağdırır.

Ö.Oralın çıxışında deyilir: “Hətta, Mürət Həsənli oğlumun kirvəsi olsa da, Türkiyədə olduğu müddətdə məndən çox hazırda erməni adlandırdığı kişilərlə görüşürdü”. Əgər beləydisə, bunu onun üzünə zamanında niyə demirdi, Ömər əfəndi? Nə üçün soruşmurdu ki, Mürvət abi, niyə ermənilərlə belə mehribansan? Çünki cəfəng iddialardır və M.Həsənli “Emre Piliç”lə əməkdaşlığı məhz elə orada erməni səhmdarlar olduğunu biləndə dayandırıb.

İş adamı ermənilərlə mehriban olsaydı, onlarla tez-tez görüşsəydi, nə üçün şirkətlə əməkdaşlığı dayandırırdı, əksinə genişləndirərdi, bir sahibkar kimi daha çox gəlir əldə edərdi. Ancaq vətənpərvərliyi, vicdanı buna yol verməyib ki, ermənilərlə işləsin. Bu faktları dilə gətirməyi, etiraf etməyi bacarmayan Ömər əfəndiyə vəkil Aslan İsmayılov da qoşulur. M.Həsənlini ermənilərlə daha yaxın olmaqda ittiham edən adamlar indi məhkəmədə onların hüquqlarının müdafiəçisidirlər. Ömər Oral da, şərikləri Bozaçyanla Oskayan da azərbaycanlı vəkili pulla ələ alıb bir azərbaycanlı iş adamına qarşı məhkəməyə çıxarıblar. A.İsmayılov da müsahibələrinin birində deyib ki, ermənilərin hüquqlarını müdafiə etməyə hazırdır. Hər halda heç bir erməni vəkil bunu etməzdi. A.İsmayılovun isə indi nədənsə kosmopolitlik damarı tutub.

Mətbuatda yayılan maraqlı iddialardan birisə budur ki, Ömür Oral 8 aprel mitinqində müxalifətə maliyyə dəstəyi verib. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələni şərh edib. Ermənilər isə dünyanın harasında yaşamasından asılı omayaraq əvvəlcə ermənidi, sonra hüquqşünas, alim və ya jurnalist.İnsanın öz şəxsi maraqlarını hər şeydən üstün tutmasını anlamaq olmur. Söhbət ermənilərdən gedirsə məsələyə xüsus diqqətlə yanaşılmalıdır.

 

Adıçəkilən məsələlərlə bağlı iş adamı Mürvət Həsənli Aslan İsmayılova dediklərini sübut etmək üçün möhlət də verib. sitat

 “Aslan İsmayılov kişidirsə dediklərini sübut etsin! Həmin 3 nəfəri ortaya çıxarsın. Dediyini sübut edə bilməyən adama mən hər şeyini itirən adam kimi baxıram. Aslan İsmayılov belə üsullardan daha çox istifadə edir. Öz “Feysbuq” səhifəsi vasitəsilə insanları hədəfə alır, saxta profillərlə söydürür və bu metodan məqsədinə çatmaq üçün təzyiq üsulu kimi yararlanır. Mən 400-500 adamı işlə təmin edən, dövlət büdcəsinə külli miqdarda vergi ödəyən sahibkaram. Hazırda Aslan İsmayılovun şantaj maşını ilə üz-üzə qalmışam. Ola bilər ki, bu adamın işi bundan ibarət olsun və belə üsulla mübarizədən zövq alsın. Amma mənim belə intriqalara nə vaxtım nə də həvəsim var. Lakin bu, heç də o anlama gəlmir ki, Aslanın böhtanlarını cavabsız qoyacam. Tezliklə hüquqi müstəvidə bu məsələyə aydınlıq gətiriləcək”.

Məsələyə hüquq müstəvisində aydınlıq gəldi. Mürvət Həsənli Aslan İsmayılovu məhkəmədə uddu.

Hüquqşünas Aslan İsmayılov tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə məhkəmə çəkişməsində biabırçı məğlubiyyətə uğrayıb.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Aslan İsmayılovu Mürvət Həsənliyə böhtan atdığına, onun işgüzar nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə görə cərimə edib və qarşı tərəfdən üzr istəməsi barədə qətnamə çıxarıb. M.Həsənlinin iddiası üzrə qərar iyulun 14-də hakim Elmar Rəhimovun sədrliyi ilə keçən prosesdə elan olunub.

M.Həsənli hüquqşünası özünün Facebook səhifəsində paylaşdığı və “Musavat.com” saytında yayımlanmış “Tanınmış hüquqşünas erməni şirkəti ilə əməkdaşlıq iddiasını darmadağın etdi” adlı yazıda təhqir olunmasına, böhtana məruz qalmasına görə məhkəməyə vermişdi. Aylardır davam edən proses sonunda məhkəmə M.Həsənlini haqlı hesab edib. Məhkəmə böhtan və təhqir xarakterli ittihamlarına görə, A.İsmayılovun özünün Facebook səhifəsində və “Musavat.com” portalında təkzib dərc etməsi və mənəvi zərərə görə qarşı tərəfə simvolik məbləğdə – 500 manat cərimə ödəməsi barədə qətnamə çıxarıb. Bundan başqa, A.İsmayılov aparılmış ekspertizaya görə də dövlət büdcəsinə 250 manat ödəməlidir.

M.Həsənli məhkəmə qərarını ədalətin bərpası və Aslan İsmayılovun böhtançı olduğunun sübutu adlandırıb.

Maraqlı məqam budur ki, Aslan İsmayılov bu məhkəmədən sonra sanki “qızarırmış” kimi çəkilib kənara, hələ üstəlik iş adamının bostanına növbəti dəfə daş atıb. Deyib ki, iş adamı siyasətçi Hafiz Hacıyevi danışdırmaq üçün ona pulsuz cücə verib. Mürvət Həsənli isə üzünü növbəti dəfə vəkilə tutub:

“Bu dəfə də şər, böhtan. Yenə bir Aslan İsmayılov metodu. Amma mən bu dəfə də vaxt verirəm! İndi dediklərini sübut etməyən ikiqat ŞƏRƏFSİZDİR!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

42 min uşaq I sinfə getmək üçün sənəd verib

Next Post

Azərbaycan yollarında qanlı həftəsonu — 11 ölü, 17 yaralı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan yollarında qanlı həftəsonu — 11 ölü, 17 yaralı

Həcc ziyarətinə gedəcək zəvvarların yola düşəcəyi tarix açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.