
Kiyevdə naməlum şəxslər Azərbaycan səfirliyinə məxsus avtomobilə partlayıcı paket atmağa çalışıb. Bunu “Ukrainskaya Pravda”ya hisə şahidləri bildirib.
Hadisə yerinə Ukrayna Xüsusi Xidmət orqanlarının əməkdaşları cəlb olunub.
İnsident şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ən azı iki nəfər ağır dərəcəli xəsarət alıb. Polis partlayışın baş vermə səbəblərini araşdırır.
Xatırladaq ki, bu gün Ukraynada müstəqillik günü qeyd olunub.(azvision.az)



