Azərbaycanlı avtoritet güllələndi – Lənkəranskinin öldürülməsində iştirak edib

>

Abxaziyada azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılov güllələnib.

Bunu da oxuyun

“Oğru dünyası”nda Rəşad Gəncinski kimi tanınan şəxs “Piza” ləqəbli Raul Barçba tərəfindən güllələnib. Hadisə Qudaut şəhərində baş verib.

Məlumata görə, Rəşad Gəncinski və Roma Stavropolski “Lotu Quli”nin tapşırığı ilə Nika Qaqrinskiyə kömək etmək məqsədilə Abxaziyaya gəliblər. Qudaut “oğru”ları ilə görüş əvvəlcədən planlaşdırılmadığı üçün onlar çağırılmamış qonaqlara müdaxilə ediblər. Tərəflər arasında dava-dalaş düşüb. Əlbəyaxa qarşıdurmada atletik bədəni ilə seçilən Roma Stavropolski daha çox adam döyüb. Lakin, bir qədər sonra “Piza” özündə güc taparaq silahına əl atıb və Rəşad Gəncinskini vurub.

Qeyd edək ki, Rəşad Gəncinski və Roma Stavropolskinin adı Rövşən Lənkəranskinin öldürülməsində də hallanır.(Elchi.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728