"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xalqı hakimiyyətə qarşı qızışdıran Aslan İsmayılovun ƏSL NİYYƏTİ-ARAŞDIRMA

28 Avqust 2017 - 18:48
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xalqı hakimiyyətə qarşı qızışdıran Aslan İsmayılovun ƏSL NİYYƏTİ-ARAŞDIRMA

Gözəl bir deyim var. Sapı özümüzdən olan baltalar. Kimdir onlar? Onların kimliyi barədə az sonra, amma əvvəlcə mövzuya belə giriş edək.

Azərbaycan günü gündən inkişaf etdikcə, bu inkişafa kölgə salanlar da çoxalır.  Son 2-3 ildə dünyada ölkəmizlə bağlı gedən proseslərə nəzər salsaq görərik ki, Azərbaycanımızın inkişafını həzm edə bilməyənlər var. Bu şəxslər dolayısı ilə özlərinin ölkəmizdəki “azərbaycanlı” nümayəndələri ilə dövlətimizin inkişafına kölgə salmağa cəhd edirlər. Onların ilk hədəfi xalqı, hakimiyyətə, dövlətə qarşı qaldırmaqdır. Çox təəssüf ki, bugün də vətəndaşların müəyyən bir qismi var ki, hələ də xarici ölkələrin bu bölgədə rifah və demokratiya gətirə biləcəyi ilə bağlı illuziyalarla yaşayır. Belə insanların isə beyni qərbdən və ya başqa bir dövlətdən idarə olunur. Azərbaycana, hakmiyyətə qarşı əks təbliğat aparanlar, heç şübhəsiz bunu öz beyinlərindən etmirlər. Pulun, qrantların müqabilində ölkədə sabitliyi pozmağa cəhd göstərirlər. Bəs kütləni hakimiyyətə qarşı necə qızışdırırlar?

Şübhəsiz ki, bugün insanlara təsir mexanizmləri arasında sosial şəbəkələr ilk sırada dayanır. Böyük maliyyə hesabına sosial səhifə açılır, qısa müddət ərzində 10 minlərlə pul yatırılaraq səhifənin iştirakçılarının sayı 100 minlərlə artır, kuliminasiyada isə səhifəsinin “baş biləni” günaşırı yazdığı dövlət əleyhinə statuslarla kütləyə təsir etməyə çalışır. Son ayların aktiv facebook istifadəçisi, hüquqşünas Aslan İsmayılovun da facebook səhifəsi kütləyə təsir baxımından effektivdir və vəkil əlinə düşən bu fürsətdən xarici dairələrin diktəsi ilə maksimum yararlanmağa çalışır. Bunu onun səhifəsini izləyən 1-ci sinif uşağı belə müəyyən edə bilər. Açıq aydın görünür ki, Aslan İsmayılov xalqı hakimiyyətə qarşı qaldırmaq niyyətindədir. Gəlin, vəkilin son 1 ayda yazdığı bir neçə statusa nəzər salaq.

Sitat 1:

Güc strukturlarına, təhlükəsizlik orqanlarına rüşvətlə işə qəbul olunanda bilməliydik ki, ölkə partlayacaq.

Bu status dünən, Siyəzəndə silah anbarında baş vermiş dəhşətli partlayışdan sonra yazılıb. Ermənilərin media hesablarda dövlətimizə qarşı başlatdığı anti-kampaniyaya hörmətli vəkil də qoşulub. Elə deyilsə, deyin, elə deyil!

Sitat 2:

Bu hakimiyyət o qədər qudalaşıb ki, öz qohumlarından başqa heç kimdən, o cümlədən xalqdan da xəbəri yoxdur.

Statusun 1-ci xanım Mehriban Əliyevanın doğum günündə yazılması, təsadüfən olan bir şey deyildir!Görünür yaş öz sözün deyir və vəkil unudub ki, bu xalqın Mehriban xanıma olan sevgisi, hörməti ürəkdən gəlir, xarici dairələrin beynindən yox!

Sitat 3:

Bu günə qədər bütün həbsləri Ramiz Mehdiyevin adı ilə bağlayırdılar. Bu gün isə hamı bilir ki, onda bu səlahiyyət yoxdur. Əgər Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyev haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilərsə, demək bunların başında İlham Əliyev özü dayanır. Artıq azad fikir daşıyıcılarının hamısı (siyasi iddiası olmasa belə) həbs təhlükəsi ilə üz-üzə qalıblar. Bu gedişat isə ölkəni uçuruma və Suriya yoluna aparır.

İndi isə Aslan İsmayılov cənab prezidentimizə qarşı kampaniyanı davam etdirir. KÜtlə arasında ali rəhbərimizə qarşı anti-patiya yaratmaq istəyir və özünün səhifə istifadəçilərinin qara-qura şərhlərindən həzz alır.

Sitat 4:

Yazıq Azərbaycan, nə günə qaldın, sənin Ali qanunverici orqanını – Milli Məclisini uşaq baxçasına döndərdilər. Ağzının danşığını bilməyən Astan Şahverdiyevə yenidən qulaqburması verəcəklər.

Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib ki, “Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək”.

Bu dəfə hədəf milli məclisdir. Görünür, Aslan İdmayılov milləti öz vəkilinə qarşı qaldırmağa çalışır.

Sitat 5:KULİMİNASİYA

Bu addımı ilə hakimiyyət bir daha göstərir ki, reallıq hissini tam itirib və Azərbaycanda Şimali Koreya, yaxud ərəb monarxiyası qurmaq istəyir. Bu isə 21-ci əsrdə, xüsusilə Azərbaycanda mümkün olan deyil. Belə minvalla bu hakimiyyət idarə olunmaz kütlə və Azadlıq Meydanında dar ağacı qurub iqtidar nümayəndələrini asmaq arzusunda olan radikal müxalifət və dindarlarla üz-üzə qalacaq. Bu isə hamımızın fəlakəti və Azərbaycan adlı dövlətin süqutu deməkdir.

Kuliminasiya odur ki, artıq vəkil açıq şəkildə dindarları, müxalifəti Azadlıq meydanına çıxmağa, hakimiyyətə qarşı birləşməyə çağırır. Amma bu xalqın əzmini heçnə və heçkim qıra bilməz! Hörmətli hüquqşünas, siz, unatmayın ki, Azərbaycan xalqı dövlətin, hakimiyyətin ətrafında sıx birləşib. Xalqın dövlətə olan sevgi əzmini milyonluq səhifələrdəki statuslar qıra bilməz. Kənardan ölkəmizin dünya birliyinə inteqrasiyasındakı əzmkarlığı, qətiyyəti, bu yolda qət etdiyi böyük məsafə açıq-aşkar görünür və təqdir olunur. Dünya azərbaycanlıları da bu yolda dövlətimizin yanındadır və dövlətimizin öz hədəflərinə ulaşması üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Təbii ki, sapı özümüzdən olan baltalar istisnadır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sosial şəbəkələrdən bu cür istifadə edənlər həbs ediləcəklər — VİDEO

Next Post

“Range Rover”lə adam öldürüb qaçan məmur oğlunun LÜKS HƏYATI – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Range Rover"lə adam öldürüb qaçan məmur oğlunun LÜKS HƏYATI - FOTOLAR

Avqustun 29-na manatın məzənnəsi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.