
Gəncədə sürücü döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gədəbəy rayon İnəkboğan kənd sakini, 1988-
ci il təvəllüdlü Abbasov Elzamin Ədalət oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya
yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, E. Abbasov Gəncədə avtomobili ilə hərəkətdə olarkən başqa bir avtomobil
arxadan ona çırpılıb. Qəzadan sonra digər avtomobilin sürücüsü yerə düşərək, E. Abbasovu
döyüb.
Faktla bağlı araşdırma aparılır.



