"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Myanmada baş verənlər genosiddir” — QMİ-dən bəyanat

05 Sentyabr 2017 - 18:29
in CƏMİYYƏT

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Mayanmada baş verən kütləvi qırğınla bağlı bəyanat verib.

 Elchi.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki bəyanatda deyilir:

 “Azərbaycan, Qafqaz müsəlmanlarının iradəsini ifadə edərək, Myanmada Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımını qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik. Məqsəd və məramından asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi genosiddir. Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə halların qətiyyən yolverilməz olduğunu bəyan edirik. Myanmada siyasi ambisiyalar üzərində təşəkkül tapmış bu cür ksenofobiya təzahürləri insanlıq adına ləkədir. Biz dünya ictimaiyyətini Myanmadakı barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin dəhşətli nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Dünya dövlətləri, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, müvafiq beynəlxalq qurumlar, dünyanın dinindən, əqidəsindən asılı olmayaraq dini liderləri qətiyyətli şəkildə Myanma hökumətini bu cinayətlərə real şəkildə son qoyulmasına çağırmalı, bunun üçün mümkün vasitələrlə təzyiq göstərməlidirlər. Dünya ictimaiyyəti soyqırımı kimi bəşəri cinayətlərə heç bir vəchlə ikili standartlar mövqeyindən yanaşmamalı,  cinayəti adı ilə çağırmalı, ona qarşı monolit müqavimət göstərməlidir. Xocalı soyqırımına məruz qalmış, terror və separatizmdən əziyyət çəkən xalq olaraq, azərbaycanlılar bəşərə qarşı cinayətlərin ağrı-acısını yaxşı anlayır. Tarixi təcrübə göstərir ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli hüquqi-siyasi qiymətini almayan soyqırımlar onların təkrarlanmasına rəvac verir. Hesab edirik ki, Myanmada baş verənlər nəinki müsəlmanlara, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir və məqsəd dinlər arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyllərini alovlandırmaqdır. Dünya müsəlmanlarının haqlı hiddətinə səbəb olmuş Myanma hadisələri bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm, dinlərarası həmrəylik və tolerantlıq ideyaları əsas götürülməlidir. Myanmadakı bəşəri faciənin təkrarlanmaması, müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması naminə dünya ictimaiyyəti planetimizin istənilən nöqtəsində ksenofobiya təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması məsələsinə biganə qalmamalıdır. Azərbaycan məhz bu prioritetlərdən çıxış edərək, multikulturalizm, İslam Həmrəyliyi, dinlərarası dialoq, mədəniyyətlərarası əməkdaşlıq ideyalarını bəyan edir, dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir. QMİ olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların genosidi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi bölğənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların cidd-cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır”.

Qeyd edək ki, Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Mayanmada baş verən kütləvi qırğınla bağlı bəyanat verib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qəbələdəki yanğın tam nəzarət altına alınıb” — Qərargah

Next Post

Bakıda iş adamının evinə basqın edildi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bakıda iş adamının evinə basqın edildi

Azərbaycanda cinayət törədənlərin çoxu təhsilsiz və işsiz şəxslərdir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.