Kürdə batan 6 yaşlı uşağın kimliyi məlum olub

>

Yevlax rayonunda itkin düşən uşağın kür çayında batdığı ehtimal olunur.

Bunu da oxuyun

Elchi.az Report-a istinadən xəbər verir ki, rayonun Ferma deyilən ərazisində məskunlaşmış Kəlbəcər rayon sakini, 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlu evindən oynamaq məqsədi ilə uzaqlaşıb.

Bir müddətdən sonra övladlarından xəbər tutmayan valideynlər onu axtarmağa başlayıblar. Sonra uşağın itməsi ilə bağlı polisə məlumat verilib. Axtarış zamanı 6 yaşlı uşağın paltarı yaxınlıqdan keçən Kür çayının kənarında tapılıb.

Ehtimal olunur ki, O.Hətəmzadə kür çayında çimərkən batıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzərət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən ehtimal dəyərləndirilərək kür çayında axtarış aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728