
Azərbaycandan Banqladeşdə məskunlaşan Rohingya müsəlmanlarına göndərilən yardım ünvana çatdırılıb.
Bunu “Azərbaycan Hava Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib. Humanitar yardım Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.



