Bakıda beşmərtəbəli binaların söküntüsü başlayır Fotolar

>

Yasamal rayonu ərazisindəki 2 beşmərtəbəli bina qəzalı olduğu üçün sökülür.

Bunu da oxuyun

Yasamal rayonu “Şərifzadə küçəsi, 174 və 162 saylı binalar sökülür. Binalar demək olar ki, tam boşaldılıb və hazırda söküntü aparılacaq ərazi hasara alınır. Aznews.az-ın məlumatına görə, tikililər qəzalı olduğundan dövlət sifarişi əsasında sökülür.

Hazırda binalarda yaşayan 224 ailə müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilib. Sökülən binaların yerində “Qismət-M Construction” MMC tərəfindən 14 mərtəbədən ibarət 2 hündürmərtəbəli bina inşa ediləcək. Şirkət rəsmisi Lalə Həmidovanın Aznews.az-a verdiyi məlumata görə, ümumilikdə 224 mənzildən ibarət olacaq binalar 20 ay müddətində hazır olacaq. Tikilinin birinci və ikinci mərtəbələri isə müxtəlif məqsədli obyektlər üçün icarəyə veriləcək.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728