Sabah Azərbaycanda yeni tədris ili başlayır.
Sabah 2017/2018-ci tədris ilində ölkə üzrə 164 945 nəfər şagird I sinfə gedəcək. Ötən illə müqayisədə I sinifə gedən şagirdlərin sayında artım var. Belə ki, 2016/2017-ci tədris ilində birinci 164 033 nəfər şagird ilk dəfə məktəbə qədəm qoymuşdu.
Yeni tədris ili üçün 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. Üç ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.