"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Valyuta ehtiyatlarımız daha da artacaq” – İlham Əliyev

14 Sentyabr 2017 - 10:23
in SİYASƏT
   
"Valyuta ehtiyatlarımız daha da artacaq" - İlham Əliyev

“2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bunu bu gün “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, “Səngəçal” dünyada ən böyük neft-qaz terminalıdır: “Azərbaycanda neft platformaları tikilir. Bunlar “Əsrin müqaviləsi”nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. “Şahdəniz”, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq”.

Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib.

ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.

Ölkə başçısı qeyd edib ki, BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb:

“SOCAR-la BP arasında çox səmərəli əməkdaşlıq mexanizmi yaranıb. Azərbaycan “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılması ilə əlaqədar başqa şirkətlə də müqavilə imzalaya bilərdi. Ancaq BP və “Əsrin müqaviləsi”ndə iştirak edən digər şirkətlərlə uğurlu əməkdaşlıq etdiyimiz üçün belə bir seçim edildi”.

Prezident İlham Əliyev bildirib ki, neft başağrısı da gətirə bilər:

“Dünyanın neftlə zəngin olan müxtəlif ölkələrində müşahidə olunan mənzərə də bunu göstərir. Bizim əsas məqsədimiz isə neft gəlirlərini insan kapitalına çevirmək idi və buna nail olmuşuq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox yolun inşa edilməsi neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə ilə bağlıdır. Neft Fondundan ayrılan vəsaitlə 250 min məcburi köçkünü 100-dən artıq qəsəbədə mənzillə təmin etmişik. Neft Fondunun gəlirləri və xərcləri şəffafdır. Parlament büdcəni təsdiqləyərkən Neft Fondunun vəsaitlərindən istifadəni də müəyyən edir”.

Dövlət başçısı qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı “Əsrin müqaviləsi”nin nəticələrini öz həyatında görür: “Bu gün yeni sənədin Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzində imzalanması rəmzi məna daşıyır. 23 il əvvəl Heydər Əliyevin səyi ilə “Əsrin müqaviləsi” imzalanmışdı. Bu gün imzalanacaq sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”. (APA)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lapşin Azərbaycandan getdi

Next Post

79 yaşlı kişi intihar etdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

79 yaşlı kişi intihar etdi

Sabah 164 945 şagird 1-ci sinfə gedəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.